İngiltərə çempionatında 9-cu turun bir oyunu keçirilib.
“Lester” azarkeşləri önündə “Notingem Forest”lə qarşılaşıb. Oyuna daha fəal başlayan meydan sahibləri 25-ci dəqiqədə istəklərinə nail olublar. Ceyms Medison diqqət mərkəzinə düşüb. 2 dəqiqə sonra Harvi Barns “Lester”in üstünlüyünü 2 topa çatdırıb. Çox keçmədən Ceyms Medison özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 2-ci yarı isə qarşılıqlı hücumlar şəraitində keçib. Lakin qonaqların cəhdləri nəticə verməyib. 73-cü dəqiqədə Patson Daka Lesterin 4-cü qolunu vuraraq son nöqtəni qoyub. Mövsümdə ilk dəfə qələbə qazanan “Lester” 4 xalla 19-cudur. “Notingem Forrest” eyni miqdarda xalla sonuncudur. Qeyd edək ki, İngiltərə premyer liqasında yarış cədvəlinə 21 xalla “Arsenal” başçılıq edir.